"Şuşa ili çərçivəsində hər bir tədbir müqəddəsdir, onu ədalətli və şəffaf təşkil etmək borcumuzdur və ona xəyanət edənlər bağışlanılmazdır"
Ötən gün QHT Agentliyinin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.
Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Publika.az-a bildirib ki, müsabiqə şəffaf keçirilməməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmır:
"Mən də Müşahidə Şurasının bir üzvüyəm, bir səsim var. Birmənalı şəkildə düşünürəm ki, müsabiqə tam şəffaf şəkildə keçirilib. 327 layihənin təqribən yarısı seleksiyadan keçib, seleksiya o deməkdir ki, müəyyən çatışmazlıqlar olan layihələr kənara qoyulur, onlara baxılmır. Təqribən 100-ə yaxın layihə 3 ekspertə göndərilir. 3 müstəqil ekspert həmin layihələri dəyərləndirir..."