“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi "ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu fəaliyyətləri müəyyən edərək layihənin icrasına başlayıb.
Tədbirlər planında "Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında "Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əsas prioritet qoyulmuşdur.