Delegation from the Agency met with the NGO Liaison Officer of the NGO Liaison Unit at UNOG

Delegation from the Agency met with the NGO Liaison Officer of the NGO Liaison Unit at UNOG
As part of the 52nd session of the UN Human Rights Council, the delegation of the State Support Agency for Non-Governmental Organizations of the Republic of Azerbaijan met with Ms. Sophie Torelli Chironi, NGO Liaison Officer of the NGO Liaison Unit at the United Nations Office at Geneva (UNOG).
Discussions at the meeting focused on potential areas of cooperation between the Agency and UNOG as well as local NGOs' involvement in the event of the official UN Offices and statutory bodies.

Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb

Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovayanın katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşüb.
Görüşdə Agentlik və BMT-nin Cenevrə bölməsi arasında qurulacaq əməkdaşlıq perspektivləri, eyni zamanda yerli QHT-lərin BMT-nin təsisatlarının və nizamnamə orqanlarının tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb.

Delegation from the Agency met with the director of the UNEP Europe Office

Delegation from the Agency met with the director of the UNEP Europe Office
The delegation of the State Support Agency for Non-Governmental Organizations of the Republic of Azerbaijan met with the director of the United Nations Environment Programme's (UNEP) Europe Office, Ms. Sylvie Motard.
Aygun Aliyeva stressed the importance of international support at the meeting as she provided details on the projects carried out by non-governmental organizations in the area of environmental protection with assistance from the Agency. According to her, environmental protection has recently taken on more importance for our country. Thus, the damage done to the flora and fauna in our lands after 30 years of occupation, along with river pollution, led to environmental issues. She stressed the significance of conducting monitoring processes in these locations by various UN specialists in collaboration with local Organizations for this reason.
When extending a warm welcome to the visitors, Ms. Motard stressed the significance of the Agency's actions for environmental protection. She claimed that the UN Environment Programme frequently carries out projects for NGOs. She stressed their willingness to work with NGOs present in Azerbaijan in this regard.

Agentliyin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının Avropa ofisinin direktoru ilə görüşüb

Agentliyin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının Avropa ofisinin direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının (UNEP) Avropa ofisinin direktoru xanım Silviya Motardla görüşüblər.
Görüşdə Agentliyin dəstəyi ilə ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələr haqqında məlumat verən Aygün Əliyeva bu istiqamətdə beynəlxalq dəstəyin olduqca vacib olduğunu vurğulayıb. O bildirib ki, ətraf mühitin mühafizəsi sahəsi son illərdə ölkəmiz üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulan zərbələr, eyni zamanda, çayların çirkləndirilməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən BMT-nin müxtəlif ekspertlərinin yerli QHT-lərlə birlikdə bu ərazilərdə monitorinq proseslərinin keçirilməsi aktuallığının olduğunu vurğulayıb.
Qonaqları salamlayan xanım Motard Agentliyin fəaliyyətinin ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, BMT-nin ətraf mühit proqramı mütəmadi olaraq QHT-lər üçün proqramlar həyata keçirirlər. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.