Azerbaijani Alphabet and Language Day is celebrated on August 1

August 1 is celebrated as Azerbaijani Alphabet and Azerbaijani Language Day. This significant date was established through a decree issued by the national leader Heydar Aliyev on August 9, 2001. The Decree was a response to the successful transition to the Latin alphabet in Azerbaijan during August 2001. This transition marked a pivotal event in the social and political life of an independent Azerbaijan and holds historical significance for the nation's culture and writing practices.
The achievement of a fully-fledged Azerbaijani language, recognized as the state language and now used in diplomatic engagements, is a matter of pride. Language serves as more than just a mode of communication; it embodies the history, literature, and culture of a people. Regardless of their current country of residence, every Azerbaijani should cherish their mother tongue, religion, national customs, and traditions, and promote them. As our national leader, Heydar Aliyev, articulated, "Language is connected with literature, culture, and spirituality. Without these, there is no formula for patriotism."
The broader implementation of measures to ensure the extensive use of the Azerbaijani language in the digital realm holds exceptional significance. President Ilham Aliyev's decree dated July 17, 2018, titled "On a number of measures to ensure the wider use of the Azerbaijani language in the electronic space," expands the realm of development and application of the Azerbaijani language, underscoring its continued importance.
The alphabet and writing system are integral components of a nation's culture. The alphabet, a cultural asset and spiritual wealth, plays a pivotal role in a nation's progress, preserving its material and cultural achievements and contributing to linguistic, scientific, and various other fields. Throughout its history, the Azerbaijani alphabet has undergone several changes, with the adoption of the

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.