The engagement and involvement of clubs established to boost students' social activity were deliberated upon
Təhsilalanların ictimai-sosial fəallığının artırılması üzrə yaradılan klubların fəaliyyəti müzakirə olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə "Layihə nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı layihə çərçivəsində yaradılan "İncəsənət və mədəniyyət”, "Musiqi və dram”, "Məntiq” və "Xarici dil” kimi qrup/klubların təhsilalanlara hərtərəfli inkişaf üçün geniş imkanları nümayiş etdirilib. Tədbir iştirakçıları bu klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyini müzakirə ediblər...