Round table was held on "Presentation of the results of the survey performed with the aim of studying the current state of community-school relations"
Tarix: 29-11-2022, 20:31
On November 29, 2022, a round table was held on
the topic of "Presentation of the results of the survey performed with the
aim of studying the current state of community-school relations" within
the framework of the project titled "Initiative to support the
socialization of management in education" implemented by the
"Umid" Social Development Support Public Union ("Umid” SSD) with the
financial support of the State Support Agency for Non-Governmental
Organizations of the Republic of Azerbaijan.
The round table was attended by the management of
"Umid" SSD, members of the Public Council under the Ministry of
Science and Education, directors of several secondary schools operating in
Baku, staff members of Azerbaijan State Pedagogical College under ASPU, heads
of NGOs working in the field of education, staff members of the Institute of
Education of the Republic of Azerbaijan, and Baku Education Department.
“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 29-11-2022, 19:40
29
noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək
İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə
dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin
öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi
masa keçirilmişdir. Dəyirmi masada "Ümid” SİD İB-nin rəhbərliyi, Elm və Təhsil
Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı şəhərində fəaliyyət göstərən bir
neçə orta məktəbin direktorları, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kollecinin əməkdaşları, təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT rəhbərləri, təhsil
ekspertləri, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Bakı Təhsil İdarəsinin
əməkdaşları iştirak etmişlər.
"Ümid"
SİD İB-nin İcraçı direktoru İsrayıl İsgəndərov giriş sözü ilə tədbiri açaraq icra
edilən layihə barədə və layihə çərçivəsində Suraxanı rayonu Hövsan icmasında
280 saylı tam orta məktəb və Xəzər rayonu Türkan icmasında 262 saylı tam orta məktəblərdə
məktəb-icma münasibətlərinin araşdırılması prosesi barədə məlumat verib.