Azerbaijani non-governmental organizations issued statement on mine terrorism committed by Armenia

Azerbaijani non-governmental organizations issued statement on mine terrorism committed by Armenia
Even if the Patriotic War, which concluded with our glorious triumph, was more than two years ago, Armenia's mine terror against Azerbaijan is still going on. As a result, our citizens who step on landmines occasionally become victims of this war crime against humanity. We regretfully see that many signs point to the fact that this situation is rapidly approaching tragedy.
 
 

Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI

Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI
Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki ildən çox müddət keçməsinə baxmayaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam etməkdədir. Bunun nəticəsidir ki, zaman-zaman minaya düşən vətəndaşlarımız bəşəriyyət əleyhinə olan bu hərbi cinayətin qurbanına çevrilirlər. Təəssüf hissi ilə qeyd edirik ki, yaranmış bu hal bir çox göstəricilərinə görə faciəvi şəkil almaqdadır.
Ermənistan Respublikası, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini davam etdirərək, qüvvələrini nəinki Azərbaycan ərazisindən tam şəkildə çıxartmayıb, əksinə təxribatçı fəaliyyətini hələ də davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur...