Projects on priority topics were discussed with the School Development Council
A round table was held with the School Development Council on April 19, 2023, at the secondary schools No. 280 named after M. Mehdiyev in Hovsan settlement, Baku, and No. 262 located in Turkan settlement, Khazar district as part of the project "Initiative to improve the school’s reputation through the development of the school community” carried out by "Umid” Support to Social Development Public Union ("Umid” SSD) and T-NETWORK, an educators’ experience and communication platform, with funding from the Ministry of Science and Education of the Republic of Azerbaijan and technical support from Baku city Education Department. The projects pertaining to the priority subjects were discussed at the round table in light of the survey results.
Məktəb İnkişaf Şurası ilə prioritet mövzular üzrə layihələr müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 19 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada keçirilən sorğu nəticələrinə görə prioritet mövzular üzrə layihələr müzakirə olunub.