The project "Initiative to improve the school’s reputation through the development of the school community” has been completed

The project "Initiative to improve the school’s reputation through the development of the school community” has been completed

The project titled "Initiative to Improve the School's Reputation through the Development of the School Community," conducted by "Umid" Support to Social Development Public Union ("Umid" SSD PU) in collaboration with T-NETWORK, an educators' experience and communication platform, funded by the Ministry of Science and Education of the Republic of Azerbaijan and supported technically by the Baku City Education Department, has reached successful completion. As an outcome of the initial project activities, secondary school No. 280 after M. Mehdiyev in Hovsan settlement, Surakhani district, Baku, and secondary school No. 262 in Turkan settlement, Khazar district, established 2 School Development Councils (SDCs), each comprising 11 members, with a gender breakdown provided for each school (School No. 280: 9 women, 2 men; School No. 262: 5 women, 6 men)...

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla tamamlanmışdır.
Layihə çərçivəsində ilkin fəaliyyətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələrinin iştirakı ilə hər birində 11 nəfər (280 №-li məktəb: 9 qadın, 2 kişi; 262 №-li məktəb: 5 qadın, 6 kişi) üzv olmaqla 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılmışdır...
 

The project "Enhancing Student Public and Social Engagement through the Improvement of Social Welfare Environments" has been completed

The project "Enhancing Student Public and Social Engagement through the Improvement of Social Welfare Environments" has been completed

The project titled "Enhancing Student Public and Social Engagement through the Improvement of Social Welfare Environments," executed by the "Umid" Support to Social Development Public Union ("Umid" SSD PU) with financial support from the Agency for the State Support to Non-Governmental Organizations (NGOs) of the Republic of Azerbaijan, has been successfully concluded. As part of this initiative, two groups/clubs, namely "Music and Drama" and "Art and Culture," each comprising 15 members, were established at secondary school No. 280 after M. Mehdiyev in Hovsan settlement, Surakhani district, Baku, and school No. 262 in Turkan settlement, Khazar district...


“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsini müvəffəqiyyətlə tamamlamışdır. Layihə çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə "Musiqi və dram” və "İncəsənət və mədəniyyət” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla), Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə isə "Məntiq” və "Xarici dil” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla) formalaşdırılmışdır. Bu qrup/klub və ya dərsdənkənar dərnəklərin rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzusunda təlimlər (iştirakçı sayı 85 nəfər - 29 kişi, 56 qadın) keçirilmişdir...