ADSEA ilə bp arasında əməkdaşlıq müqaviləsi imzalandı
Aprelin 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
(ADSEA) ilə bp şirkəti arasında potensial su layihələri üzrə Əməkdaşlıq
Müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində Göyçay, Tovuz,
Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında kənd
icmalarının içməli və suvarma suyu ilə təminatını yaxşılaşdıracaq
layihələr həyata keçiriləcək. Sənədi ADSEA sədrinin müşaviri Əsəd Şirinov və bp şirkətinin Xəzər
regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli imzalayıblar. İmzalanma mərasimində ADSEA sədrinin müşaviri Əsəd Şirinov bildirib ki,
Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı
mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir...