ADSEA ilə bp arasında əməkdaşlıq müqaviləsi imzalandı

ADSEA ilə bp arasında əməkdaşlıq müqaviləsi imzalandı

Aprelin 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp şirkəti arasında potensial su layihələri üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində Göyçay, Tovuz, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında kənd icmalarının içməli və suvarma suyu ilə təminatını yaxşılaşdıracaq layihələr həyata keçiriləcək. Sənədi ADSEA sədrinin müşaviri Əsəd Şirinov və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar. İmzalanma mərasimində ADSEA sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir...

Cooperation agreement signed between Azerbaijan State Water Resources Agency and bp

Cooperation agreement signed between Azerbaijan State Water Resources Agency and bp

On April 22, a Cooperation Agreement concerning potential water projects was signed between the Azerbaijan State Water Resources Agency and bp. Under this agreement, initiatives will be undertaken to enhance the provision of drinking and irrigation water to rural communities in the Goychay, Tovuz, Kurdamir, Ujar, Aghdash, Yevlakh, Goranboy, and Samukh regions. The document was signed by Asad Shirinov, advisor to the chairman of the State Water Resources Agency, and Bakhtiyar Aslanbeyli, Vice President for Communications and External Relations in the Caspian region of bp. During the signing ceremony, Asad Shirinov emphasized Azerbaijan's international recognition as a reliable partner in combating the impacts of climate change...