Training on "Drug addiction and Healthy lifestyle" was held in “Gobu Park” residential complex on February 23, 2022
23 fevral 2022-ci il tarixində “Qobu Park” yaşayış kompleksində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir
23 fevral 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində "Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, yeniyetmə və gənclər olmaqla 26 nəfər (11 nəfər qadın, 15 nəfər kişi) iştirak etmişdir.