Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI

Biz - Azərbaycanın QHT-ləri olaraq Azərbaycanın xarici ölkələrdəki (Fransa, Livan) diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkələrdəki  erməni diasporunun radikalları tərəfindən törədilən hücumları və  vandalizm aktlarını kəskin şəkildə  pisləyirik. Özündə  terrorizm elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də beynəlxalq cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Qeyd etmək istəyirik ki, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd-1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya nüfuzuna xələl gətirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlara verilən reaksiya qaneedici deyil. Hadisələrin üzərindən bir neçə gün keçməsinə rəğmən təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlar yetərli açıqlamalar vermirlər, hadislərin törədicilərini cəzalandrmırlar.

“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi "ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu fəaliyyətləri müəyyən edərək layihənin icrasına başlayıb.

Tədbirlər planında "Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında "Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əsas prioritet qoyulmuşdur.“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili”  adlı layihənin icrasına başlanılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair Azərbaycanın bir qrup QHT nümayəndələrinin Bəyanatı

Biz "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqmətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq 04 avqust 2022-ci ildə günorta saatlarında Londondakı Azərbaycan səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və səfirlik binasına qarşı olan hərəkətləri həm Böyük Britaniyanın imicinə, həmçinin beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair Azərbaycanın bir qrup QHT nümayəndələrinin Bəyanatı

"ÜMİD" SİD İB-nin İcraçı Direktoru "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfransda iştirak edib

Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib. 

Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Həmin qeyri-hökumət təşkilatlarının nümayəndələri sırasında "Ümid" Sosial İnkişafa Dəstək İctima Birliyinin İcraçı Direktoru, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov da olub.

"ÜMİD" SİD İB-nin İcraçı Direktoru "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfransda iştirak edib

“Yerli səviyyəli Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə Qubada Seminar keçirilmişdir

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) (ECSOFT) proqramı çərçivəsində həyata keçirdiyi "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi” layihəsinin sonuncu mərhələsinin icrasına başlamışdır.

Bu mərhələ ilə əlaqədar olaraq, 27 iyul 2022-ci il tarixində Quba şəhərində "Yerli səviyyəli Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə fiziki və eyni zamanda, onlayn formatda Seminar keçirilmişdir. SeminardaQuba, Qusar, Xaçmaz, Şabran rayonlarının 9 hədəf kəndindən Yerli İcra Nümayəndələri, Bələdiyyə üzvləri, bir neçə QHT və Sahibkarlıq subyekti nümayəndələri, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru və digər əməkdaşları, "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü iştirak etmişlər (cəmi 35 nəfər: 5 qadın, 30 kişi).

“Yerli səviyyəli Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə Qubada Seminar keçirilmişdir

"Şuşa ili çərçivəsində hər bir tədbir müqəddəsdir, onu ədalətli və şəffaf təşkil etmək borcumuzdur və ona xəyanət edənlər bağışlanılmazdır"

"Şuşa ili çərçivəsində hər bir tədbir müqəddəsdir, onu ədalətli və şəffaf təşkil etmək borcumuzdur və ona xəyanət edənlər bağışlanılmazdır""Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2-ci qrant ("Şuşa ili"nə həsr olunmuş xüsusi qrant müabiqəsi) layihəsinin nəticələrini elan etdikdən dərhal sonra ictimai müzakirələrin olması gözlənilən idi. Agentliyin Müşahidə Şurasının üzvü kimi bu müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirməyi özümə borc bildim. Bəli, heç bir müsabiqənin hər kəs üçün ədalətli keçirildiyini iddia etmək niyyətində deyiləm, lakin müsabiqənin nəticələrinin şəffaflığına şübhələr, kimlərinsə maraqlarına uyğunluğuna, vəzifə və cəmiyyətdəki statusuna görə kimlərəsə güzəşt oldunduğu iddiası ilə də razılaşmayacağam. İlkin olaraq, qeyd edim ki, bu qrant müsabiqəsinin elanını verəndə Müşahidə Şurasının üzvləri qərara gəldi ki, onların təmsil etdikləri təşkilatlar bu müsabiqəyə layihə təqdim etməyəcəklər..." 

Ötən gün QHT Agentliyinin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.

Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.

Ötən gün QHT Agentliyinin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib. Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Publika.az-a bildirib ki, müsabiqə şəffaf keçirilməməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmır:

"Mən də Müşahidə Şurasının bir üzvüyəm, bir səsim var. Birmənalı şəkildə düşünürəm ki, müsabiqə tam şəffaf şəkildə keçirilib. 327 layihənin təqribən yarısı seleksiyadan keçib, seleksiya o deməkdir ki, müəyyən çatışmazlıqlar olan layihələr kənara qoyulur, onlara baxılmır. Təqribən 100-ə yaxın layihə 3 ekspertə göndərilir. 3 müstəqil ekspert həmin layihələri dəyərləndirir..."

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasını müvəffəqiyyətlə tamamlamışdır.
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb

“Ümid” SİD İB "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədilə sorğular keçirmişdir.

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində Quba, Xaçmaz, Şabran və Qusarın 12 icmasında  9 istiqamət üzrə 64 fəaliyyəti əhatə edən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədi ilə sorğular keçirilmişdir. Fiziki,  onlayn görüşlər (ZOOM proqramı vasitəsilə) və elektron (google proqramı ilə) qaydada keçirilən sorğularda hədəf icmaların Bələdiyyə sədrləri (və ya üzvləri), RİH Başçısının Ərazi üzrə Nümayəndələri (və ya müavinləri), İcma İnkişaf Şurasının koordinatorları (və ya üzvləri), YQHT nümayəndələri və Sahibkarlar (fermerlər və kiçik sahibkarlar) olmaqla 65 nəfər (7 qadın, 58 kişi) iştirak etmişlər.


23 fevral 2022-ci il tarixində “Qobu Park” yaşayış kompleksində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir

23 fevral 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində "Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri,  valideynlər, yeniyetmə və gənclər olmaqla 26 nəfər (11 nəfər qadın, 15 nəfər kişi) iştirak etmişdir.

23 fevral 2022-ci il tarixində “Qobu Park” yaşayış kompleksində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir