“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasını müvəffəqiyyətlə tamamlamışdır.
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb

“Ümid” SİD İB "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədilə sorğular keçirmişdir.

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində Quba, Xaçmaz, Şabran və Qusarın 12 icmasında  9 istiqamət üzrə 64 fəaliyyəti əhatə edən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədi ilə sorğular keçirilmişdir. Fiziki,  onlayn görüşlər (ZOOM proqramı vasitəsilə) və elektron (google proqramı ilə) qaydada keçirilən sorğularda hədəf icmaların Bələdiyyə sədrləri (və ya üzvləri), RİH Başçısının Ərazi üzrə Nümayəndələri (və ya müavinləri), İcma İnkişaf Şurasının koordinatorları (və ya üzvləri), YQHT nümayəndələri və Sahibkarlar (fermerlər və kiçik sahibkarlar) olmaqla 65 nəfər (7 qadın, 58 kişi) iştirak etmişlər.


23 fevral 2022-ci il tarixində “Qobu Park” yaşayış kompleksində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir

23 fevral 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində "Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri,  valideynlər, yeniyetmə və gənclər olmaqla 26 nəfər (11 nəfər qadın, 15 nəfər kişi) iştirak etmişdir.

23 fevral 2022-ci il tarixində “Qobu Park” yaşayış kompleksində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir

“İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində fokus qruplarla iki görüş keçirilmişdir

21 fevral 2022-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində fokus qruplarla iki görüş keçirilmişdir. Tədbirlərdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri, valideynlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının sədri, yeniyetmə və gənclər olmaqla 36 nəfər (15 nəfər qadın, 21 nəfər kişi) iştirak etmişdir.
“İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində fokus qruplarla iki görüş keçirilmişdir

Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park” yaşayış kompleksində Fokus Qruplarla görüş

Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park” yaşayış kompleksində Fokus Qruplarla görüş
18 fevral 2022-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi "Qobu Park” yaşayış kompleksində fokus qruplarla görüş keçirilmişdir. Görüş, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilmişdir.