Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Qərbi Azərbaycan İcması Roma papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırıb

Qərbi Azərbaycan İcması Roma papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırıb

Qərbi Azərbaycan İcması Roma papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırıb. Bildirilib ki, Roma Papası Fransisk 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış edib. Bununla əlaqədar olaraq xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistan işğalından azad edilməsindən sonra oradakı bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına alıb və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlayıb...

İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb

İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirib.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

 

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.
Bu gün Azərbaycan Respublikası həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub...

Xarici QHT-lər və ictimai fəallar “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb

Xarici QHT-lər və ictimai fəallar “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb

Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları "Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb. Petisiya "Jotform” beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün” ("World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhdid yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir. Kampaniya BMT-yə üz tutaraq, bəyan edir ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyi açıqlama yayıb
"Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət "deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır...

İspaniyada “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” adlı Avropa Forumu keçirilib

İspaniyada “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” adlı Avropa Forumu keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Azərbaycanın İspaniyadakı Səfirliyinin tərəfdaşlığı ilə Madrid şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” adlı Avropa Forumu baş tutub.
Forumda Madriddə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları, beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələri iştirak ediblər...

“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib

“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib
Medianın İnkişafı Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə "Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda görüş keçirilib. Tədbirdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının imkanlarından bəhs edilib, bu sahədə dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyi vurğulanıb

Yuxarı