Bu gün Beynəlxalq Ahıllar Günüdür

Bu gün Beynəlxalq Ahıllar Günüdür
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.
Bu günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

"Azərbaycanda QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilib

"Azərbaycanda QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən "QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.Layihənin nəticələrinin təqdimatı və müzakirəsi keçirilib. Tədbirin açılışında "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri - Zaur İbrahimov, İsrayıl İsgəndərov və Azər Allahverənov, QHT rəhbərləri çıxışlar ediblər...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Sentyabrın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda 2024-cü il üçün qrant müsabiqələrinin mövzuları müzakirə edilib və qəbul olunub. Qərara alınıb ki, kiçik, orta və böyük qrant müsabiqələri 2023-cü ilin oktyabr ayında Agentlik tərəfindən elan edilsin. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalardan irəli gələn məsələlər müzakirə olunub.

Anım günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanları ziyarət olunub

Anım günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanları ziyarət olunub
Anım Günü ilə əlaqədar bu gün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edib. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların məzarlarına gül dəstələri düzülüb. Bildirilib ki, bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur.

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.
2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib...

Agentliyin Müşahidə Şurasının üzvü Cenevrədə azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi məsələsini qaldırdı

Agentliyin Müşahidə Şurasının üzvü  Cenevrədə azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi məsələsini qaldırdı
Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi tələb olunub
Sentyabrın 19-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Könüllü Assosiasiyalar Şurasının birgə təşkilatçılığı ilə "Regional QHT Məsləhətləşmələri” adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Ümid” Sosial İnkişafa Dəstək İB-nin İcraçı Direktoru İsrayıl İsgəndərov iştirak edib.
İ.İsgəndərov plenar iclasdakı çıxışında azərbaycanlı qaçqınların hüquqları ilə bağlı məsələ qaldırıb, onların Ermənistandan zorla deportasiya edildiyini bildirib: "Ermənistan SSR-dən 1987-1991-ci illərdə deportasiya edilmiş etnik azərbaycanlıların sayı 200 min nəfərdən çox olub. Hazırda onların sayında əhəmiyyətli artım var. Ən böyük problem də onların qayıdışı ilə bağlıdır. Sizlərin diqqətini bu vacib məsələyə yönəltmək istəyir və BMT strukturlarını, BMT-nin Azərbaycandakı nümayəndəliyini, BMT QAK-nın Azərbaycandakı nümayəndəliyini bu məsələyə xüsusi diqqət yetirməyə çağırıram”...

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində “Yevlax KOB evi”ndə Biznes Təlimləri keçirilib

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində “Yevlax KOB evi”ndə Biznes Təlimləri keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Kiçik-Orta Biznesin İnkişafı Agentliyinin Yevlax Aran Regional İnkişaf Mərkəzində "Biznes Plan” və "Sahibkarlığa giriş” mövzularında təlimlər keçirilib.
Təlimlərdə ümumilikdə 50 nəfər (29 kişi, 21 qadın) iştirak etmişdir ki, onlardan 30 nəfəri hədəf icmalardan qeyd edilən layihənin "Usta Yanında Şagird Hazırlığı” komponentinə seçilmiş məcburi köçkün ailələrindən olan gənclər və 20 nəfəri isə fərdi sahibkarlardır. Keçirilən təlimlərdə iştirakçılar sahibkarlıqla bağlı ilkin bacarıqlar, biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı istiqamətində məlumatlandırılmış və qrup işlərinə cəlb edilmişdir..

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti elektron xidmət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni "Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib. Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:

-    əmək qabiliyyətinin müvəqqəti itirilməsi, 
-    hamiləlik və doğum, 
-    uşağa qulluq ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir.

Yeni tədris ilində Məktəb İnkişaf Şurasının fəaliyyət planı müzakirə olunub

Yeni tədris ilində Məktəb İnkişaf Şurasının fəaliyyət planı müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə ümumi görüş keçirilib. Görüşdə 8 mövzuda keçirilən təlimlərdə iştirak edənlərə sertifikatlar paylanılıb və yeni tədris ilində Məktəb İnkişaf Şurasının fəaliyyət planı müzakirə olunub...
 
 

20 Sentyabr - Neftçilər Günü

20 Sentyabr - Neftçilər Günü
Bu gün Azərbaycanda "Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümü və Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktı imzalanıb. Bu, Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi...

Yuxarı