Ermənilərin Xocavənddə törətdiyi terror aktı və Azərbaycan Ordusunun antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib

Ermənilərin Xocavənddə törətdiyi terror aktı və Azərbaycan Ordusunun antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib
Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması ilə törədilən terror aktı və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib.
Brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak ediblər.
Brifinqdə ermənilərin törətdiyi terror aktı ilə bağlı məlumat verilib...

Ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində və Füzuli rayonunda yol qəzasında həlak olan polislərimizə Allahdan rəhmət diləyirik!

Ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində və Füzuli rayonunda yol qəzasında həlak olan polislərimizə Allahdan rəhmət diləyirik!
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları hadisə yerində həlak olmuşlar.

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır...

Qadın hərbçimizdən böyük uğur: BMT-dən medal aldı

Qadın hərbçimizdən böyük uğur: BMT-dən medal aldı
Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə təşkilat tərəfindən təltif olunub.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi "X" hesabında bildirib.
"Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.

Xocalı, Xankəndi və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər bəyanat yayıb

Xocalı, Xankəndi və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər bəyanat yayıb

Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Bəyanatı 50 sakin və ictimaiyyət nümayəndəsi imzalayıb. Bəyanatda deyilir: - Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik. Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri! Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq...

Gəncədə işsizlər üçün peşə kursları fəaliyyətə başlayıb

Gəncədə işsizlər üçün peşə kursları fəaliyyətə başlayıb
Gəncə Peşə Hazırlığı Mərkəzi peşə kursları təşkil edib.
Dərslər Dövlət Məşğulluq Agentliyinin Gəncə–Şərqi Zəngəzur və Qazax–Tovuz Regional Məşğulluq filiallarını əhatə edir. Ümumilikdə 41 nəfər peşə hazırlığına cəlb edilib. Burada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, "Mebel ustası”, Təmirçi-çilingər” və "Proqramla idarə olunan dəzgahların operatoru” və s. peşələr tədris edilir. Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.
Qeyd edək ki, təlimlər bitdikdən sonra imtahanları uğurla verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

“The National Interest” jurnalında Ermənistanın Laçın yolu ətrafında süni böhran yaratmaq cəhdlərindən bəhs olunub

“The National Interest” jurnalında Ermənistanın Laçın yolu ətrafında süni böhran yaratmaq cəhdlərindən bəhs olunub
ABŞ-ın nüfuzlu "The National Interest” jurnalında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun "Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi süni böhran”a həsr olunmuş məqaləsi dərc edilib.
Məqalədə Ermənistanın Laçın ətrafında yaratdığı süni böhranla bir müddət əvvəl kövrək ümidlər vəd edən danışıqlar prosesinə ciddi şəkildə zərbə vurduğu qeyd olunur. Laçın yolundan əvvəllər minaların, silahların daşınması və qaçaqmalçılıq məqsədilə istifadə olunduğu xatırladılıb. Müəllif Laçın yolu ətrafında yaradılan süni böhrandan Ermənistanın alət kimi istifadə edərək məsələni BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası səviyyəsinə qədər gətirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Təhlükəsizlik Şurasının iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyil. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalışdığı göstərilib...

İcma: ABŞ-ın haqq işimizə məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir

İcma: ABŞ-ın haqq işimizə məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
"Biz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin 2023-cü il sentyabrın 10-da verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.
Biz çox təəssüf edirik ki, Dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib...

Yuxarı