Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların ailələri BMT-yə müraciət ediblər
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Qərbi Azərbaycan İcması və Azərbaycanın digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib
Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. "Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə həsrət içində tərk edilmiş qalıb. Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800 minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş, məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur. Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar vurulmuşdur. Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000 nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və iztirabların ağrılı bir yaddaşına çevrilmişdir. Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur..."
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 9 iyun 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi üç layihənin nümayişi keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın müharibə cinayətlərindən bəhs edən “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film hazırlanıb
"Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.
BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə tədbir keçirilib
28 May – Müstəqilliyimizin şərəf tarixidir
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib
https://ngoagency.gov.az/az/page/fealiyyet/qrant-musabiqeler
Məktəb İnkişaf Şuralarına Dayanıqlıq və İstismar Planı mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 26 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə "Dayanıqlıq və İstismar Planı” mövzusunda 2 təlim keçirilib. Təlimlərdə dayanıqlıq anlayışı barədə ətraflı məlumatlar verilmiş, Məktəb İnkişaf Şurası üzvləri ilə həyata keçiriləcək layihələrin dayanıqlıq və istismarı ilə bağlı müzakirələr aparılmışdır. Təlimin nəticəsi olaraq hər iki icmada icra olunacaq layihələrin Dayanıqlıq və İstismar Planlarının ilkin variantları hazırlanmışdır.