Qarabağ və Şərqi Zəngəzurda QHT-lərin səyyar xidmətləri başlayacaq

Qarabağ və Şərqi Zəngəzurda QHT-lərin səyyar xidmətləri başlayacaq

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır, onilliklərlə doğma yurd yerlərindən didərgin düşən insanlar plan üzrə mərhələli qaydada evlərinə köçürülür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin bu şanlı tarixi prosesdə daha yaxından iştirakını təmin etmək üçün azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bildirir ki, layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək...

5 iyun Ümumdünya Ətraf Mühiti Mühafizə günüdür

5 iyun Ümumdünya Ətraf Mühiti Mühafizə günüdür
Sənaye sahəsinin inkişafı insan əliylə təbiətin və ətraf mühitin də böyük bir sürətlə çirklənməsinə yol açdı. Mindiyi budağı kəsməkdə olduğunu hiss edən bəşəriyyət əslində öz-özünü yeniləyərək dünyanın təbii tarazlığını pozduğunu anladı. Bu şüurla bu dəfə təbiətin tarazlığını qorumağa başladı. Sənaye müəssisələrinin, avtomobillərin və hər cür tullantının təbiətə zərər vermədən çevrilməsi üçün ağıllı yollar axtarıldı. Dövlətlər beynəlxalq təşkilatlar vasitəsilə dünyanı qorumaq üçün hərəkətə keçdi. Bu gün və gələcəkdə insanların tərtəmiz bir dünyada yaşaya bilməsi üçün əlimizdən gələni etmək məcburiyyətindəyik...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür. Bu bayram artıq dördüncü ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi...

Şimali Kipr və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayır

Şimali Kipr və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayır
Bu gün "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib.
Konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının "İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb. 
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür...

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. İclasda Agentliyin Fəaliyyət Planının icrası vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Agentliyin dəstəyi ilə Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb

Agentliyin dəstəyi ilə Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən "Environmental Protection First” Koalisiyası bu gün Bakı Biznes Mərkəzində "Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib. 
Xəritəni Koalisiyaya daxil olan "Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərində hazırlayıb. Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru, "Azərbaycan Respublikasının Milli Atlası”nı, "Cənubi Qafqaz. 1903-cü il", "Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur...

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilib, yeni rəhbər seçilib

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilib, yeni rəhbər seçilib
Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda ilk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, "prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib. 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir

100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə QHT-lər üçün "İqlim Dəyişmələri və COP” mövzusunda təlimin rəsmi açılış mərasimi keçirilib. Təlimdə 100 QHT-dən nümayəndələr iştirak edir. Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti COP29-a ciddi hazırlaşır. Qlobal iqlim dəyişmələri, COP mövzusu olduqca geniş olduğundan ictimaiyyətin düzgün məlumatlandırılması, yeni istiqamət olan bu sahədə biliklərin artırılması çox vacibdir...

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib....

Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər. COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir...


Yuxarı