“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini uğurla yekunlaşdırıb
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.
“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib
"Ümid" SİD "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsinin icrasını uğurla davam etdirir
"Ümid" SİD “İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi” mövzusunda dəyirmi masa keçirib
29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Azərbaycan Respublikası Təhsil İnstitutu və Bakı şəhər Təhsil İdarəsinin metodoloji dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI
“ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi "ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu fəaliyyətləri müəyyən edərək layihənin icrasına başlayıb.
Tədbirlər planında "Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında "Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əsas prioritet qoyulmuşdur.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair Azərbaycanın bir qrup QHT nümayəndələrinin Bəyanatı
Biz "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqmətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq 04 avqust 2022-ci ildə günorta saatlarında Londondakı Azərbaycan səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və səfirlik binasına qarşı olan hərəkətləri həm Böyük Britaniyanın imicinə, həmçinin beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.
"ÜMİD" SİD İB-nin İcraçı Direktoru "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfransda iştirak edib
Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib.
Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Həmin qeyri-hökumət təşkilatlarının nümayəndələri sırasında "Ümid" Sosial İnkişafa Dəstək İctima Birliyinin İcraçı Direktoru, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov da olub.
“Yerli səviyyəli Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə Qubada Seminar keçirilmişdir
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) (ECSOFT) proqramı çərçivəsində həyata keçirdiyi "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi” layihəsinin sonuncu mərhələsinin icrasına başlamışdır.
Bu mərhələ ilə əlaqədar olaraq, 27 iyul 2022-ci il tarixində Quba şəhərində "Yerli səviyyəli Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə fiziki və eyni zamanda, onlayn formatda Seminar keçirilmişdir. SeminardaQuba, Qusar, Xaçmaz, Şabran rayonlarının 9 hədəf kəndindən Yerli İcra Nümayəndələri, Bələdiyyə üzvləri, bir neçə QHT və Sahibkarlıq subyekti nümayəndələri, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru və digər əməkdaşları, "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü iştirak etmişlər (cəmi 35 nəfər: 5 qadın, 30 kişi).