BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir

BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında Azərbaycan nümayəndə heyəti iştirak edir
Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək "Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub...

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib...

5 May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü

5 May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunma­sında məqsəd əlillərin və sağlamlıq im­kanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiya­sını gücləndirməkdir...

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib. Samir Nuriyev COP29-un loqosunun və şüarının müəyyən edildiyini diqqətə çatdırıb. Bildirib ki, COP29-un şüarı "Yaşıl dünya naminə həmrəy olaq!” kimi seçilib.

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək

Fransanın paytaxtı Parisdə mayın 15-də "Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək. İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib. "COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə "IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb...

 

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
Naxçıvan şəhərində bu il aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək.
Proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT-dən təmsilçilər iştirak edəcək.
2 gün ərzində davam edəcək təlimlərdə "Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, "Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, "Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, praktiki qrup işləri təşkil olunacaq...

ADSEA ilə bp arasında əməkdaşlıq müqaviləsi imzalandı

ADSEA ilə bp arasında əməkdaşlıq müqaviləsi imzalandı

Aprelin 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp şirkəti arasında potensial su layihələri üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində Göyçay, Tovuz, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında kənd icmalarının içməli və suvarma suyu ilə təminatını yaxşılaşdıracaq layihələr həyata keçiriləcək. Sənədi ADSEA sədrinin müşaviri Əsəd Şirinov və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar. İmzalanma mərasimində ADSEA sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir...

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanladı

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanladı

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.

"Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik...

Bu gün Ağdaban faciəsindən 32 il ötür.

Bu gün Ağdaban faciəsindən 32 il ötür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.

Yuxarı