24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür
Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-ü tarixini Beynəlxalq Təhsil Günü elan edib.
BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur.
BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.
Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.

20 Yanvar-Ümumxalq hüzn günüdür!

20 Yanvar-Ümumxalq hüzn günüdür!
20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir.
Vətən yolunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini qürur və ehtiramla anırıq!

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi 20 Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, hörmətlə xatirələri anılıb. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini nümayiş etdirir. Bu epoxal hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsidir, məhz bundan sonra xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir. Bu gün bütün şəhidlərimiz kimi, 20 Yanvar şəhidlərinin də ruhu şaddır!

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.
Müsahibə aşağıdakı linkdə təqdim olunur:
https://president.az/az/articles/view/63017

Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub

Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub

Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda deyilir: "Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey sarayının sifarişi ilə Fransanın Evian-Le Bən şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk. Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır...

"Ümid" SİD İB-nin BMT QAK-ın maliyyə dəstəyi ilə icra etdiyi layihəsi çərçivəsində hazırlanan uğur hekayələri BMT Azərbaycan saytında yayımlanıb

"Ümid" SİD İB-nin BMT QAK-ın maliyyə dəstəyi ilə icra etdiyi layihəsi çərçivəsində hazırlanan uğur hekayələri BMT Azərbaycan saytında yayımlanıb
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyə dəstəyi ilə icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Usta Yanında Şagird Hazırlığı komponenti üzrə uğur qazanmış iki müdavimin (Rəvan Əhmədov, Günel İsmayılova) "Gənc aşpaz usta yanında şagirdlik proqramı fürsətindən yararlanır" və "Günel qadın saç ustası kimi yeni həyata başlayır" adlı uğur hekayələri uğur hekayələri BMT-nin Azərbaycan saytında iki dildə (Azərbaycan və İngilis) yayımlanmışdır.

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla tamamlanmışdır.
Layihə çərçivəsində ilkin fəaliyyətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələrinin iştirakı ilə hər birində 11 nəfər (280 №-li məktəb: 9 qadın, 2 kişi; 262 №-li məktəb: 5 qadın, 6 kişi) üzv olmaqla 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılmışdır...
 

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsini müvəffəqiyyətlə tamamlamışdır. Layihə çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə "Musiqi və dram” və "İncəsənət və mədəniyyət” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla), Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə isə "Məntiq” və "Xarici dil” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla) formalaşdırılmışdır. Bu qrup/klub və ya dərsdənkənar dərnəklərin rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzusunda təlimlər (iştirakçı sayı 85 nəfər - 29 kişi, 56 qadın) keçirilmişdir...

Təhsilalanların ictimai-sosial fəallığının artırılması üzrə yaradılan klubların fəaliyyəti müzakirə olunub

Təhsilalanların ictimai-sosial fəallığının artırılması üzrə yaradılan klubların fəaliyyəti müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə "Layihə nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı layihə çərçivəsində yaradılan "İncəsənət və mədəniyyət”, "Musiqi və dram”, "Məntiq” və "Xarici dil” kimi qrup/klubların təhsilalanlara hərtərəfli inkişaf üçün geniş imkanları nümayiş etdirilib. Tədbir iştirakçıları bu klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyini müzakirə ediblər...

Bu gün Şuşa Şəhəri Günüdür!

Bu gün Şuşa Şəhəri Günüdür!
Müzəffər Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsindən 3 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Yuxarı