“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb

“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla tamamlanmışdır.
Layihə çərçivəsində ilkin fəaliyyətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələrinin iştirakı ilə hər birində 11 nəfər (280 №-li məktəb: 9 qadın, 2 kişi; 262 №-li məktəb: 5 qadın, 6 kişi) üzv olmaqla 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılmışdır...
 

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsini müvəffəqiyyətlə tamamlamışdır. Layihə çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə "Musiqi və dram” və "İncəsənət və mədəniyyət” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla), Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə isə "Məntiq” və "Xarici dil” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla) formalaşdırılmışdır. Bu qrup/klub və ya dərsdənkənar dərnəklərin rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzusunda təlimlər (iştirakçı sayı 85 nəfər - 29 kişi, 56 qadın) keçirilmişdir...

Təhsilalanların ictimai-sosial fəallığının artırılması üzrə yaradılan klubların fəaliyyəti müzakirə olunub

Təhsilalanların ictimai-sosial fəallığının artırılması üzrə yaradılan klubların fəaliyyəti müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə "Layihə nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı layihə çərçivəsində yaradılan "İncəsənət və mədəniyyət”, "Musiqi və dram”, "Məntiq” və "Xarici dil” kimi qrup/klubların təhsilalanlara hərtərəfli inkişaf üçün geniş imkanları nümayiş etdirilib. Tədbir iştirakçıları bu klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyini müzakirə ediblər...

Bu gün Şuşa Şəhəri Günüdür!

Bu gün Şuşa Şəhəri Günüdür!
Müzəffər Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsindən 3 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

“Musiqi və dram” və “İncəsənət və mədəniyyət” klubları Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirib

“Musiqi və dram” və “İncəsənət və mədəniyyət” klubları Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində 7 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə yaradılan "Musiqi və dram” və "İncəsənət və mədəniyyət” klublarının üzvləri Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçiriblər. Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra məktəblilər müharibə səhnələrini əks etdirən və qələbə müjdəli kompozisiyalar nümayiş etdirmiş, şeirlər söyləmişlər...

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir.
Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik.
Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız....

8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!

8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin üçüncü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!

“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib

“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib
Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "2023-cü il Heydər Əliyev İli” çərçivəsində "Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib. Heydər Əliyev Mərkəzində təşkil edilən forumda çıxış edən Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan bəhs edib. O, bir neçə gündən sonra – noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini qeyd edib və QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb...

6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır

6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır
97 il əvvəl – 1926-cı ilin noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib

Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib
Elm və Təhsil Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul şəxsləri elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanlarını birgə müzakirə ediblər. Nazirliyin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova və digər məsul şəxslər aparılan təhsil islahatları barədə ətraflı məlumat veriblər. Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və bir sıra QHT rəhbərləri də iştirak edib.

Geri İrəli
Yuxarı