Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri Kəlbəcərdən beynəlxalq ictimaiyyətə Açıq Məktub ünvanlayıb

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri Kəlbəcərdən beynəlxalq ictimaiyyətə Açıq Məktub ünvanlayıb
...Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib...

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib. 
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərdən birinə çevirmək, iqlim dəyişmələri ilə mübarizəyə töhfə verməkdir.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecə isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Bu vaxt dinc əhaliyə də hücumlar olunub. Hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib. Bundan başqa, mülki əhali arasında da ölən və yaralananlar olub...

Ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı”ndan 106 il ötür.

Ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı”ndan 106 il ötür.
31 mart soyqırımı tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası "əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd edib. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu. Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib...

Xocalı itkinlərindən şəxsiyyəti müəyyən edilmiş soyqırımı qurbanları bu gün Xocalıda dəfn olunub

Xocalı itkinlərindən şəxsiyyəti müəyyən edilmiş soyqırımı qurbanları bu gün Xocalıda dəfn olunub
Şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərindən 7 nəfərin qalıqları bu gün doğma Xocalıda torpağa tapşırılıb...
Xocalıda şəhidlərin dəfn mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak edib. Dəfn mərasimindən sonra ərazidə soyqırımı qurbanlarının anım tədbiri keçirilib. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Xocalı şəhidlərinin qisasını aldığını, ədaləti təmin etdiyini, müharibə cinayətkarlarının artıq Azərbaycan məhkəmələri qarşısına çıxarılmasına başlandığını vurğulayıb. Xocalı şəhidlərinin ailə üzvləri Xocalıda yaxınlarının qalıqlarının tapılaraq dəfn edilməsini tarixi hadisə, böyük təskinlik adlandırıblar, onlar məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün bunlara nail olunduğunu bildiriblər...

Xocalı soyqırımından 32 il ötür

Xocalı soyqırımından 32 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...


Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub

Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub
Fevralın 24-də Nizami Kino Mərkəzində "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi "13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib. Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib...

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu...

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb...

“Azərbaycanın suverenliyinin tam bərpası prezident seçkilərinin keçirilməsinin labüdlüyünü şərtləndirən əsas amildir”

“Azərbaycanın suverenliyinin tam bərpası prezident seçkilərinin keçirilməsinin labüdlüyünü şərtləndirən əsas amildir”

"Azərbaycanın suverenliyinin tam bərpası prezident seçkilərinin keçirilməsinin labüdlüyünü şərtləndirən əsas amildir”. Bunu secki-2024.az saytına açıqlamasında "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərov deyib. O qeyd edib ki, bu seçkilər Azərbaycanın tam müstəqilliyini həzm edə bilməyənlərə qarşı ən doğru və tutarlı cavabdır...


Yuxarı