"Peşakar öyrənmə mərkəzlərinə/icmalarına” çevrilmək istəməyən məktəb isə rəqabətə davam gətirməyəcək və öz bilik mənbələri olmaq statusunu da itirməyə məhkumdurlar.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır
Məktəb İnkişaf Şurası ilə məktəbdaxili ehtiyaclar müzakirə olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 10 aprel 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada məktəb daxilində və məktəbin ətrafında olan ehtiyaclar müzakirə olunub.
BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. Son illər həmin gün "Kiçik sancma böyük təhlükə mənbəyidir”, "Qida məhsullarının təhlükəsizliyi”, "Diabetə qalib gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib.
İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?
"Nəsillər - bir xronoloji zaman aralığında anadan olan, analoji şərtlərdə yaşayıb böyüyən ictimai insanlar qrupudur. Nəsillər nəzəriyyəsi - tarixdə zaman dövrlərinə xas olan xüsusiyyətlərin, həmçinin müəyyən xronoloji zaman aralıqlarında anadan olan insanların dünyagörüşünün təsviridir. Nəsillər nəzəriyyəsinin yaranmasına təsir edən amillərdən biri də dünyada yaşanan iqtisadi "yelləncək"dir: stabillik, defolt, inflyasiya, yüksəliş, pandemiya və s. Hər bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır..."
“Ümid” SİD İB hədəf məktəbdə dəyirmi masa keçirib
Azərbaycan qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı BƏYANATI
ETN-nin layihəsi çərçivəsində Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 3 aprel 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib. Dəyirmi masada İcma anlayışı və məktəbin həyatında icmanın rolu mövzusunda müzakirələr aparılıb.